DƏNİZ FAUNASI

okean və dənizlərdə yaşayan heyvanların məcmusu, 160 minə qədər növü məlumdur. Bunun təqribən 10 mini ibtidailərdir, 5 mini süngərlər, 9 mini bağırsaqboşluqlar, 7 mini çoxqıllı və b. qurdlar, 4 mini çiyinayaqlılar və birozoylar, 80 mini molyuskalar, 20 mini xərçənglər, 6 mini dərisitikanlılar, 1 mini qişalılar, 16 mini balıqlar, 150 növü məməlilər və sürünənlərdir. Yaşama mühitinə və həyat tərzinə görə D.F. müxtəlif ekoloji qruplara bölünür: su qatında (pelagialda) yaşayan D.F. (plankton və nekton) və dəniz dibində – bentosda yaşayan D.F. D.f.-nın insanlar üçün çox böyük təsərrüfat əhəmiyyəti vardır. D.F.-nın bir çox növləri mühafizə olu-nur.
DƏNİZ EKOSİSTEMLƏRİ
DƏNİZ FLORASI, DƏNİZ BİTKİLİYİ
OBASTAN VİKİ
ABŞ faunası
Amerika Birləşmiş Ştatlarının faunası — Amerika Birləşmiş Ştatlarında və onun ətrafında yerləşən dəniz və adalarda, Havay arxipelaqında, Arktikada, Alyaskada, Sakit okean və Karibdəki bir neçə ada ərazilərində yaşayan heyvanlar. ABŞ-də dünyanın başqa heç bir yerində tapılmayan bir çox fərqli yerli növ var. Şimali Amerika qitəsinin əksəriyyətində ABŞ, Afrika və Avrasiyanın şimal hissələrinə] bənzər növlərin tapılmasını əhatə edən Nearktik faunistik aləmdə yerləşir. Təxminən 432 növ məməli qitənin ABŞ-yə aid olan hissəsində məskunlaşıb, həmçinin 800-dən çox quş növü və 100 000-dən çox tanınmış həşərat növü də burada yaşayır. ABŞ-də 311 müəyyən edilmiş sürünən, 295 amfibiya və 1154 balıq növü var Digər 48 ölkədə mövcud olan heyvanlar arasında ağquyruq maral, kürən vaşaq, Amerika yenotu, ondatra, zolaqlı skunk, adi alabayquş, Amerika minki, Kanada susamuru və adi tülkü ABŞ-də da rast gəlinir. Qızılquyruq sar yalnız ABŞ-də deyil, Amerikada da ən çox yayılmış sar növlərindən biridir. Ölkənin ən çox fərqlənən, yerli canlıların yaşadığı böyük ərazilər milli parklar kimi qorunur. 2013-cü ildə ABŞ-də 6770-dən çox milli park və ya qorunan ərazilər var idi ki, bunların hamısı 1,006,619 kv km-dən (2,607,131 km 2 ) artıq yer tuturdu. İlk milli park 1872-ci ildə qurulan Vyoming əyalətindəki Yellouston Milli Parkı idi. Yellouston Milli Parkı, ABŞ-də ən böyük meqafauna təbii həyat mühiti olaraq qəbul edilir.
Ada faunası
Asiya faunası
Asiya faunası — Asiyada həmçinin ətrafdakı dənizlər və adalarda yaşayan bütün heyvanat aləmi. Asiya Pələngi ən böyük ətyeyən məməlilərdən biridir. Avropa və Asiya arasında qərbdə təbii bioqeoqrafik sərhəd olmadığı üçün "Asiyanın faunası" termini bir qədər sərtdir. Asiya Palearktik ekozonanın şərq hissəsidir (öz növbəsində Holarktik hissəsidir) və cənub-şərq hissəsi İndomalaya zonasına (əvvəllər Şərq bölgəsi adlanır) aiddir. Asiya canlılığının zənginliyi yağış, hündürlük, topoqrafiya, temperatur və geoloji tarixindəki əhəmiyyətli dəyişikliklər göstərən yaşayış tərzi ilə sıx bağlıdır. == Asiya çöllərində həyatın başlanğıcı == Asiya faunasının formalaşması Mezozoyda Lavrasiya yarım qitəsinin parçalanması ilə başlamışdır. Asiya,Lavrasiya və Qondvana kimi qədim qitələrin parçalarını özündə saxlayır Qondvanadan təxminən 90 MYA ayrılaraq parçaları Afrika və Hindistanı əmələ gətirib Qondvananın flora və faunanı şimala köçdü. Ən son buz dövründə buzlanma və insan immiqrasiya Asiya faunasının paylanmasına təsir göstərdi . Avrasiya və Şimali Amerika bir neçə dəfə Bering torpaq bərxəzi ilə əlaqə saxladı və bir çox Avropalı növlərin çoxsu Şimali Amerikaya köçürdü,bunlara çoxlu sayda məməli və quş faunalarını aid etmək olar və Avrasiya ərazisinə köçün Şimali Amerika faunasının sayı azdır (bir çox zooloqlar Holarktik və Neleartik zonaların Pelearktik zona da birləşməsini istəyir). == Zoogeoqrafik bölgələr == Boreal və mülayim Avropa-Sibir regionu Palearktik zonanın ən böyük regiondur ki, bu Rusiyanın şimal nöqtələrindəki tundranı və Skandinaviyanın geniş təbiətini , qitənin üzərində boreal qabıqlı meşələri özündə birləşdirir.
Avstraliya faunası
Avstraliya faunası — Avstraliyanın hüdudları daxilində mövcud olan heyvanlar aləmi. Avstraliya ərazisi xüsusi Avstraliya biocoğrafi sahəsinə daxildir. Avstraliyanın faunası qədim və yüksək dərəcədə endemikdir. Burada ali məməlilər, primatlar və yırtıcı heyvanlar (avropalıların gətirdiyi dinqo itindən başqa) yoxdur. Mezozoy və Kaynozoy dövrlərinə məxsus heyvanlar (kisəlilər və s.) qalmışdır. İbtidai məməlilərdən ördəkburun və yexidnaya təsadüf olunur. Heyvanların bir çoxu insanların təsərrüfat fəaliyyəti, ovçuluq və landşaftın dəyişməsi nəticəsində qırılmışdır. Materikə gətirilmiş adadovşanlarının Avstraliyada otlaqların xeyli hissəsini məhv etməsi kisəlilərin azalmasına səbəb olmuşdur. Kenquruların bir neçə növü qırılmış, kisəli canavar, vombatların bir neçə növünün nəsli kəsilməkdədir.
Azərbaycan faunası
Azərbaycan faunasının zənginliyi barədə ilk məlumata şərq səyyahlarının yazılarında rast gəlmək olar. Memarlıq abidələri, qədim qaya və daşlar üzərindəki müxtəlif heyvan təsvirləri dövrümüzə qədər gəlib çatmışdır. XVII əsrdən etibarən təbiətşünas səyahətçilərin Azərbaycan ərazisinə səfərləri ilə bağlı heyvanlar aləmi haqqında ilk bilgi əldə edilir. Fauna anlayışından fərqli olaraq heyvanlar aləmi dedikdə onların növ tərkibi ilə yanaşı fərdlərin sayı da nəzərə alınır. Azərbaycan Respublikası ərazisində təbii şəraitin müxtəlifliyi ilə əlaqədar onun heyvanlar aləmi də çox rəngarəngdir. Respublika ərazisində 97 növ məməli, 357 növ quş, 67 növ amfibi və reptili, 1 növ dəyirmiağız, 97 növ balıq, 15 mindən çox onurğasız heyvan növü məlumdur. Bəzi heyvanlar yalnız çox məhdud (göl, dağın bir hissəsi), digərləri isə respublikanın bütün ərazisində yayılmışdır. Məsələn sərçəkimilər dəstəsinə daxil olan quşlara respublikanın bütün ərazisində rast gəlmək olar. Azərbaycan Respublikasının "Qırmızı kitab"ına 108 növ heyvanın adı daxil edilmişdir. Onlardan 14 növü məməli, 36 növü quş, 13 növü sürünən və suda-quruda yaşayan, 5 növü balıq, 40 növü həşəratdır.
Estoniya faunası
Estoniya faunası – Estoniya qarışıq iynəyarpaqlı meşə ərazisində və Baltik dənizi sahilində yerləşən kiçik bir ölkədir. Meşə sahələri Estoniya ərazisinin 52 faizini əhatə edir. Meşələrin əksəriyyəti ölkənin şərq hissəsində - mərkəzi və cənub Estoniyada yerləşir. Bu meşələrin əsas hissəsini qarışıq və qarışıq geniş yarpaqlı ağaclar təşkil edir. Şam ağacları cənub-şərq hissədə, çəmən bitkiləri isə şimal-qərb və şimal hissələrdə geniş yayılmışdır. Qərb hissəsini qeyri adi landşaft tutur, hansı ki çəmənliklə meşə bitki örtüyü sahələrini birləşdirir. Estoniyanın seyrək əhalisi var və böyük əraziləri müxtəlif heyvan növləri ilə zəngin meşələr əhatə edir. Hazırda Estoniya meşələrində yaşayan məməlilərin 65 növü mövcuddur. Bura, adi vaşaq, çöldonuzu, qonur ayı, sığın kimi vəhşi heyvanların məskunlaşdığı ərazilərdir. Estoniya nadir dəniz quşları olan kiçik qaqa (Polysticta stelleri), ağqaş qaz(Anser erythropus), böyük oxcüllüt(Limosa limosa), bataqlıq quşları ortaboy tənbəlcüllüt (Gallinago media), quru çöl quşları adi çivdimdik (Crex crex), dra-dra göycəqarğa (Coracias garrulus) və iri yırtıcı quş olan böyük xallı qartal (Aquila clanga) ilə xarakterizə olunur.
Meşə faunası
Meşə faunası – Yer kürəsi meşələrində yaşayan heyvan növlərinin məcmusu: yer səthində yaşayan heyvanların yarısını təşkil edir. Meşə bitkisinin tərkibi və quruluşu onun faunasının zənginliyi və müxtəlifliyini müəyyən edir. Meşə qruplaşmaları nə qədər mürəkkəb və rəngarəngdirsə, yem bazası boldursa, meşə faunası da bir o qədər bol və rəngarəng olar. Meşə faunasının bir çox növləri meşənin həyatında mühüm rol oynayaraq onun böyüməsi, inkişafı, bərpası və formalaşmasına təsir göstərir. Bir sıra quşlar və məməlilər ağac və kolların toxumları, meyvələri ilə qidalanaraq onların yayılmasına və bitməsinə kömək edir. Bununla bərabər meşə faunası meşəyə və meşə əkinlərinə müəyyən ziyan da verir. (bir çox cücülər, gəmiricilər). Respublikamızın Talış zonasının meşə faunası daha çox zənginlyi ilə seçilir. Talış dağları meşələrində cüyür, bəbir, meşə pişiyi, qaya dələləri, vaşaq, yereşən, kirpi, süleysin, köstəbək, çaqqal, qonur ayı, porsuq, samurlar, çöldonuzu, dənizə yaxın düzən meşələrdə quşlardan qaşqaldaq, qamışlıq quşu, kiçik bozca, ağqarın, cüllütlər, qağayı, sternalar, anqutlar, qaqar, boz qaz, sarıleylək, bildirçin, meşə göyərçini, sultan toyuğu, qaratoyuq, sarquşu, qırqovul, turac, qızlar quşu və s. geniş yayılmışdır.
Naxçıvan faunası
Naxçıvan faunası — Naxçıvan Muxtar Respublikasının heyvanlar aləmi. Naxçıvan Muxtar Respublikasının ərazisinin kiçik olmasına baxmayaraq özünəməxsus iqlim, relyef və digər fiziki coğrafi xüsusiyyətlərə malik olması burada fauna və floranın formalaşması üçün xüsusi ekoloji şərait yaratmışdır. Onun təbii şəraiti burada müxtəlif növ heyvanların, o cümlədən endemik növlərin əmələ gəlməsinə imkan verir. Naxçıvan Muxtar Respublikasında yaşayan 350 növ onurğalı heyvandan yalnız 45 növü, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən öyrənilərək, adları "Qırmızı kitab"a daxil edilmişdir. 18 növ nadir heyvan, quş və suda-quruda yaşayanların təsnifatı aşağıdakı kimidir; Bəbir (Qaplan) (Felis Pardus) — Pişikkimilər fəsiləsindən olan vəhşi yırtıcı heyvan, əsasən Culfa rayonu ərazilərində Araz boyu qayalıqlarda yaşayaraq dovşan, kəklik və dağ keçisi ilə qidalanır. Canavar (Canis lupus) — İtlər fəsiləsindən vəhşi yırtıcı heyvan əsasən Şahbuz, Culfa və Ordubad rayonlarındakı kolluqlarda yaşayır. Qonur ayı (Ursus arctos) — Yırtıcı məməli əyripəncə tüklü heyvan Şahbuz rayonundakı Biçənək meşə-kolluqlarında yaşayır. Meşə (çöl) donuzu (Sus scrofa) — Qaban fəsiləsindən cüt dırnaq məməli heyvan əsasən Şahbuz rayonundakı Biçənək kəndindəki meşə-kolluqlarda yaşayır. Vaşaq (Felis lynx) — Pişikkimilər fəsiləsindən olan məməli heyvandır. Əsasən Şərur, Şahbuz, Ordubad, Culfa rayonlarındakı düzənlik və kolluq ərazilərdə yayılmışlar.
Albaniya faunası
Albaniya faunasına 15 600 onurğalı və onurğasız canlı daxildir. Albaniya ərazisinin böyük hissəsi dağlıqdır. Ölkə ərazisinin təxminən dörddə bir hissəsinin meşələr tutur. Baxmayaraq ki, XX əsrin sonlarından meşəlik ərazilərin sahəsi durmadan azalmağa başlamış. Ölkənin heyvanat aləmi mərkəzi avropa və aralıqdənizi faunasının qarşığından formalaşıb. == Məməlilər == Ölkə ərazisində 79 növ məməli qeydə alınıb. İri yırtıcılara - canavar, tülkü, çaqqal, qonur ayı və adi vaşaq aiddir. Cütdırnaqlılardan avropa cüyürü, nəcib maral və qarapaça geniş yayılıb. Albaniya ərazisində yarasaların 20 növünə rast gəlinib. Sahilə yaxın ərazilərdə delfinlərin 4 növü ( o cümlədən yırtıcı delfin) var.
Türkiyə faunası
Türkiyə faunası— Türkiyə sərhədləri daxilində yaşayan heyvanlar aləminin bütün üzvləridir. Çoxlu müxtəlif heyvan növlərinə sahib olması ilə diqqət çəkir. Bunun əsas səbəbi Anadolunun Asiya ilə Avropa arasında yerləşməsidir. Digər mühüm amil odur ki, müxtəlif iqlim xüsusiyyətlərinə malik coğrafi bölgələrə malik olduğundan onun bitki örtüyü digər Yaxın Şərq ölkələrindən daha zəngindir (850 cins altında toplanmış 9000 növ bitki). Buna görə fərqli iqlim və qida ehtiyacları olan bir çox heyvan növü özünə uyğun yaşayış yerləri tapa bilir. Beləliklə, Türkiyədə təkcə Aralıq dənizi faunasının deyil, həm də Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq, Qafqaz və Ərəbistan yarımadası faunasının tipik növləri mövcuddur. Bundan əlavə, Avropa ölkələri ilə müqayisədə daha çox məməli heyvan növlərinə sahibdir, bu da türk faunasını nə tipik bir Avropa faunası, nə də tipik bir Yaxın Şərq faunası kimi təsnif edilməməsi deməkdir. Türkiyə faunasına aid 160 məməli, 466 quş, 120 sürünən, 22 qurbağa, 127 şirin su balığı və 384 dəniz balığı daxil olmaqla cəmi 1279 onurğalı növü tanınır. Amma bu növlərin bəziləri nəsli tamamilə kəsilmək üzrədir, bəziləri isə təhlükə altındadır.
Dəniz
Dəniz — Sualtı dağlar, okean cərəyanları və ya adalar qövsü ilə sərhədlənmiş su hövzəsi == Haqqında == Dənizlər okeanın bir parçasıdır və onunla birbaşa və ya boğaz vasitəsilə əlaqələnir. Dənizlər qismən quru ilə, qismən də sualtı relyef yüksəklikləri (astanalar) ilə ayrılır və başlıca olaraq hidroloji rejiminə görə okeanın açıq hissəsindən fərqlənir. Dənizin əsas xüsusiyyəti okeanın ucqarlarında yerləşməsi və okeanla (bir və ya bir neçə boğazla) birləşmiş olmasıdır. Dünyanın ən böyük dənizləri Aralıq dənizi, Berinq dənizi, Karib dənizi, Filippin dənizi və s. sayılır. Onlardan ən böyüyü Flippin dənizidir. Duzluluğuna görə isə birinci yerdə Qırmızı dəniz durur. Dənizlər yerləşdikləri ərazi və ya sərhədlərinə görə üç yerə bölünüb: Daxili dənizlər Kənar dənizlər Adalar arası dənizlər == Dəniz suyu == Dəniz suyunun əsasını duz və xloridlər təşkil edir. 1l dəniz suyunun tərkibində orta hesapla 35 qr. duz vardır.
Şimali Amerika faunası
Ağbaş qartallar Şimali Amerikanın bütün ərazisində yaşayırlar. Bu quşlar iti , əyri caynaqları və dimdiyi olan qüvvətli yırtıcılardır. Xarici görünüşünə görə qartala oxşamasına baxmayaraq ağbaş dəniz qartalı qırğılar ailəsinə aid edilir. Əsasən bu quşlar balıqlarla qidalanır və suya yaxın yerlərdə məskunlaşırlar. Bir zamanlar Şimali amerikanın düzənliklərində vəhşi öküzlər -bizonlar böyük dəstələr şəklində məskunlaşmışdılar. Yerli əhali-hindularonları ovlayırdılar. Heyvanların əti ərzaq kimi istifadə olunur, dərisindən paltar tikilir, liflərindən sap əvəzinə istifadə edilir , kamana gərilimiş ip kimi bağlanır , sümüyündən əmək alətləri hazırlanır , onurğa sümüyünün üstünə dəri çəkilərək ondan kirşə hazırlayırdılar. Bir sözlə heç bir şey atılmırdı. Lakin Avropalıların gəlişi ilə burada bir çox şey dəyişdi. Sanki onlar öz aralarında yarışaraq kimin , daha çox bizon öldürəcəyini müəyyən etmək istəyirdilər.
Şimali Makedoniya faunası
Şimali Makedoniya faunası mürəkkəb zoocoğrafi quruluşa malikdir. O, müxtəlif mənşəli faunistik elementləri ehtiva edir və yüksək dərəcədə relikt və endemik formalarla xarakterizə olunur. Taksonomik müxtəliflik də mövcuddur; qeydə alınan heyvan növlərinin ümumi sayı 10 354-dir. Şimali Makedoniyanın meşə faunası müxtəlifdir və burada ayı, çöldonuzu, canavar, tülkü, dələ, qarapaça və maral kimi heyvanlara rast gəlmək olar. Adi vaşaq çox nadir hallarda olsa da, Şimali Makedoniyanın qərb dağlarında rast gəlmək olar, marallar isə Demir Kapiya bölgəsində tapıla bilər. Meşə quşları arasında silvilər, Sibir xoruzu, Lyrurus tetrix, məzar qartalı və adi yapalaqca. Ölkənin üç təbii gölü Oxrid, Prespa və Doyran ayrı-ayrı fauna zonaları hesab olunurlar, bu da onların uzunmüddətli ərazi təcridindən xəbər verir. Oxrid gölünün faunası, daha erkən dövrün relikti hesab olunur. Bu göl alabalığı, göl siqisi, gobio və külmə balıqları, həmçinin cinsinin yaşı 30 milyon ildən çox olan bəzi ilbiz növləri ilə məşhurdur; oxşar növlərə yalnız Baykal gölündə rast gəlmək olar. Oxrid gölü ilanbalığı və onun qəribə reproduktiv dövrü üzərində zooloji tədqiqatları sayəsində də diqqəti cəlb edir, qəribəliyi ondadır ki, o, Oxrid gölünə minlərlə kilometr uzaq olan Sarqas dənizindən çatır və 10 il ərzində gölün dərinliklərində gizlənir.
Azərbaycanın faunası (film, 1970)
Azərbaycanın faunası qısametrajlı sənədli filmi rejissor 1970-ci ildə "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Tədris filmi tamaşaçıları Azərbaycan Respublikasının heyvanat aləmi ilə tanış edir, meşələrdə, dağlarda yaşayan nadir heyvanlardan bəhs edir. == Məzmun == Tədris filmi tamaşaçıları Azərbaycan Respublikasının heyvanat aləmi ilə tanış edir, meşələrdə, dağlarda yaşayan nadir heyvanlardan bəhs edir.
Dəniz (albom)
Dəniz – Azərbaycan müğənnisi Zülfiyyə Xanbabayevanın albomu. 80 dəqiqəlik kompakt-diskə 18 mahnı daxildir. == Hazırlanması == Kompakt-disk Almaniyada istehsal olunub və BMF Records şirkəti tərəfindən buraxılıb. BMF Records dünya standartına cavab verən məhsulunu istehsal edən ilk rəsmi Azərbaycan rekord-leyblidir. Disk üzərindəki unikal ştrix-kod sayəsində albom haqqındakı bütün məlumatlar Dünya Musiqi Məlumatlar Bazasında qeydə alınıb. Azərbaycandan Dünya Musiqi Məlumatlar Bazasına daxil olan ilk CD-dir. Albom Almaniyada istehsal olunub, dizaynı Miraslana məxsusdur. Alboma Mikayıl Vəkilov, Hüseyn Abdullayev, Kamal, Minayə xanımın, Vüqar Camalzadə, Gövhər Həsənzadə, Muxtar, Emil Şahin, İsa Məlik, Emin Kərimi, Sahib Məmmədov, Günel Sərdar qızı və Emin Məcnunbəylinin mahnıları daxil edilib. Albom üçün foto-sessiya Xəzər dənizinin sahilində fotoqraf Emil Ağayev ilə həyata keçirilib. Müğənninin stili və qrimi illər boyu əməkdaşlıq etdiyi "Trend studio" tərəfindən yerinə yetirilib.
Dəniz Akkaya
Dəniz Akkaya (türk. Deniz Akkaya; 3 avqust 1977, İstanbul) — Türkiyə modeli, aktrisası və aparıcısı. == Həyatı == Dəniz Akkaya 1977-ci ildə Türkiyənin İstanbul şəhərində anadan olmuşdur. Kayserinin Akören rayonunun Uzunyayla kəndindən olan çərkəz mənşəli ailədəndir. Təhsil həyatını İstanbulda keçirmişdir. İbtidai təhsilini Faiq Rəşid Onat adına ibtidai məktəbdə, orta təhsilini Bilgə Kaan Özəl Sınaq adına liseydə, liseyi isə Semiha Şakir adına özəl sınaq liseyində keçirmişdir. İstanbul Universitetinin ABŞ dil və ədəbiyyatı fakültəsini bitirmişdir. Teatrda və kinoda rol almışdır. "Maskalı beşlər: Kipr", "Vizontele Tuuba", "Məktəb" onun rol aldığı filmlərdən bəziləridir. == Şəxsi həyatı == Onun biznesmen Efe Önbilginlə evliliyindən Ayşə (10 dekabr 2009-cu il təvəllüdlü) adlı bir qızı var.
Dəniz Aytəkin
Dəniz Aytəkin (alm. Deniz Aytekin‎; 21 iyul 1978, Nürnberq, Qərbi Almaniya) — Almaniya Futbol İttifaqının türk əsilli futbol hakimi. == Hakimlik karyerası == Dəniz Aytəkin Bavariya Futbol Assosiasiyasının hakimidir. Hakimlik karyerasına 1995-ci ildə başlayıb. 2011-ci ildən FİFA referisidir. 2014-cü ildə UEFA-nın ən üst kateqoriyası olan UEFA Elit Hakim Kateqoriyasına yüksəlib. Almaniya Bundesliqası çərçivəsində idarə etdiyi ilk oyun, 27 sentyabr 2008-ci ildə keçirilmiş "Herta Berlin" - "Enerji Kotbus" matçı olub. Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə nəticələnib. Aytəkin bu görüşdə 4 futbolçuya sarı vərəqə göstərib. 1 aprel 2011-ci ildə Almaniya Bundesliqasının 29 turu çərçivəsində keçirilən "Sant-Pauli" - "Şalke 04" oyunu 89-cu dəqiqədə Dəniz Aytəkin tərəfindən yarımçıq dayandırılıb.
Dəniz Baykal
Dəniz Baykal (türk. Deniz Baykal, 20 iyul 1938, Antalya – 11 fevral 2023, Ankara) – Türkiyə siyasətçisi və hüquqşünas. Cümhuriyyət Xalq Partiyasının keçmiş rəhbəri, Millət vəkili. == Həyatı == Dəniz Baykal 1938-ci il iyun ayının 20-də Türkiyənin Antalya şəhərində anadan olub. Atası əslən Çərkəz , anası Türkiyədəndir. 1959-cu ildə Ankara Universitetinin Hüquq fakültəsinindən məzun olan Dəniz Baykal 1960-cı ildə eyni universitetin Siyasi Elmlər fakültəsində assistent kimi fəaliyyətə başlayıb. == Siyasi fəaliyyəti == 1963-cü ildə doktorluq işini bitirdikdən sonra Rokfeller Fondunun təqaüdü ilə ABŞ-yə yollanan Dəniz Baykal iki il müddətində Kolumbiya və Berkli universitetlərində təhsilini davam etdirib. 1960-cı ildə Türkiyə Demokrat Partiyasının iqtidarına qarşı baş qaldıran tələbə hərəkatında iştirak etməklə siyasi arenaya qədəm qoyan Baykal 1973-cü ilin oktyabr ayında TBMM-yə keçirilən seçkilərdə Cümhuriyyət Xalq Partiyasından Antalya millət vəkili seçilib. Dəniz Baykal 1974-cü ildə qurulan Ecevit hökumətində Maliyyə naziri, 1978-ci il Ecevit hökumətində isə energetika və təbii sərvətlər naziri olub. Bu dövrdə Baykal Partiya Məclisi və Mərkəzi İdarəetmə Heyətinin üzvü, baş katib köməkçisi kimi vəzifələri də icra edib.
Dəniz Gəzmiş
Dəniz Gəzmiş (türk. Deniz Gezmiş; 27 fevral 1947, Ayaş, Ankara ili – 6 may 1972, Ankara) — Türkiyəli marksist-leninist inqilabçı və siyasi aktivist. 1972-ci ildə 25 yaşında iki yoldaşı ilə birlikdə edam edilmişdir. Dəniz Gəzmiş həyatı, fəaliyyəti və ölümü ilə Türkiyə cəmiyyətinin üzərində dərin izlər buraxmışdır. Ölümündən sonra barəsində yazılmış mahnılar və çəkilmiş sənədli, bədii filmlər buna misal göstərilə bilər. == Uşaqlıq və gənclik illəri == Dəniz Gəzmiş 1947-ci ilin 28 fevral tarixində Ankaranın Ayaş səmtində dünyaya gəlmişdir. Babası Rizə bölgəsinin Əkizdərə səmtinə bağlı Cimil kəndinin sakini olmuşdur. Gəzmişin nəsili Konyadan köçmək məcburiyyətində qalmış Oğuz türklərinə gedib çıxmaqdadır. Dəniz Gəzmişin atası Ərzurumda yerləşən orta məktəblərin birində müfəttiş kimi çalışan Cəmil Gəzmiş idi. Anası Müqəddər Gəzmiş də Ərzurum bölgəsinin Tortum səmtində orta məktəb müəlliməsi kimi çalışırdı.
Dəniz Mall
Dəniz Mall — Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən ticarət mərkəzi. == Tarixi == === Dizaynı === Dəniz Mall ticarət mərkəzinin dizaynı "Chapman Taylor" şirkətinin direktoru Tim Karran tərəfindən hazırlanmışdır. Verdiyi müsahibələrin birində o, layihənin 2007-ci ildə gerçəkləşdirilməli olduğunu, lakin onun icrasına 2014-cü ildə yenidən başlandığını demişdir. Hazır planlar və çertyojlar öz icrasını yeddi il ərzində gözləyib. Ticarət mərkəzinin quruluşu və qeyri-adi forması Azərbaycanın gerbində və dövlət bayrağında olan səkkizguşəli ulduzdan və "Mirvari" kafesindən götürülmüşdür. Ticarət mərkəzinin səkkiz "ləçəyi" eyni zamanda bir neçə böyük tədbirin keçirilməsinə imkan verəcək səkkiz geniş salondan ibarət olmalı idi. Sonradan bu fikirdən imtina edilmiş və əyləncə məkanının yaradılması qərara alınmnışdır. === Açılışı === Ticarət mərkəzi açılışı 2020-ci il iyunun 1-də olub.
Dəniz Yücəl
Dəniz Yücəl (alm. Deniz Yücel‎; 10 sentyabr 1973) — Türk mənşəli Alman jurnalist. Die Tageszeitung və Die Welt də daxil olmaqla bir neçə alman çap mediasında nəşr edilmişdir. == Bioqrafiyası == Türkiyə hökuməti Dəniz Yücəli dəfələrlə casusluqda və Gülən Hərəkatına və Kürdüstan Fəhlə Partiyasına dəstək olmaq üçün Alman Federal Kəşfiyyat Xidmətində çalışmaqda günahlandırdı. Türkiyə hökuməti, Dəniz Yücelin bu iki quruluşa Türkiyədə sabitliyi pozmaq üçün kömək etdiyini də bildirdi. 2017-ci ildəki bir çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Dəniz Yücəl bir casusdur, jurnalist deyil" demişdir. 14 fevral 2017-ci ildə Türkiyə məhkəməsi Dəniz Yücəli casusluqda günahkar hesab edərək həbs cəzasına məhkum etdi. Bu həqiqət Almaniyada jurnalistlər, siyasətçilər və ictimaiyyət tərəfindən mənfi qəbul edildi. Almaniyanın xarici işlər naziri Siqmar Qabriel dərhal Türkiyə səfirini Xarici İşlər Nazirliyinə çağırdı və burada Dəniz Yücələ qarşı çıxarılan hökmə etiraz etdi. 16 fevral 2018-ci ildə, bir ildən çox həbsxanada qaldıqdan sonra Dəniz Yücəl sərbəst buraxıldı.
Dəniz anası
Meduza — hidroidlər sinifinə daxil beyinləri olmayan canlılar. Meduzalar şəffaf görünüşləri ilə diqqət cəlb edir.
Dəniz anemonları
Aktinilər və ya dəniz anemonları (lat. Actiniaria) — Bağırsaqboşluqluların dalayıcılar tipinin mərcan polipləri sinfinə mənsub dəstəsi. Tək-tək yaşayan dəniz polipləridir. Uzunluğu bir neçə millimetrdən 1,5 metrədək olur. Rəngi əlvandır. Skeletsizdir. Yastı oturacağı ilə bərk substrata yapışır; qazıcı və neyston (suyun səthinə yapışan) növləri də var. Aktiniyaların ağzı onun yemi olan onurğasızları və balıq körpələrini iflic edən (və ya öldürən), dalayıcı çıxıntılarla əhatə olunmuşdur. Aktiniyalar qeyri-cinsi və cinsi yolla çoxalır. Cinsiyyət hüceyrələri suda mayalanır.
Dəniz bəbiri
Dəniz bəbiri (lat. Hydrurga leptonyx) — Əsl suitilərə daxildir. Əsasən Subantarktik qurşaqda Cənub okeanı sularında yaşayır. Onlar əsasən Pərayaqlılarla qidalanır. == Xariçi görünüş == Dəniz bəbirinin sürüşkən bədəni ona suda yüksək sürət yığmağa imkan verir. Suda sinxron hərəkət edir. Erkək dəniz bəbiri 3 metr, dişilər isə 4 metr uzunluğa malik olur. Erkəklər 270 kq, dişilər isə 400 kq çəkiyə sahib ola bilirlər. Yuxarı hissəsi tünd boz, aşağı nahiyəsi isə gümüşü-ağ rəngə malikdir. Başında boz ləkələr vardır.
Dəniz cərəyanları
Dəniz cərəyanları — dünya okeanında və dənizlərdə daimi və dövri axınlar. Daimi, periodik və düzgün olmayan; üst və alt; isti və soyuq cərəyanlar olur. Axının səbəbinə görə küləkli və sıx qatlı cərəyanlar olur. == Təsnifatı == Okeanda suyu hərəkətə gətirən külək və günəşdir. Okeanda suyun dövr etməsi (sirkuliyasiyası) atmosfer sirkuliyasiyasının nəticəsidir. Böyük su kütləsinin okean və ya dənizin bir yerindən digər yerinə aparılması dəniz cərəyanı (axını) adlanır. Okean suyunun hərəkət etmə səbəblərini iki qrupa bölmək olar: xarici və daxili səbəblər. Xarici səbəblərə küləyin okean səthinə təsiri, qabarma əmələ gətirən qüvvələr, atmosfer təzyiqinin dəyişməsi, sahil axını yağıntı və buxarlanmanın təsirindən okean səthi relyefinin dəyişməsi aid edilir. Daxili səbəbə isə sıxlıq sahəsinin üfüqi istiqamətdə eyni (bircinsli) olmaması aiddir. Sıxlığın eyni olmaması isə okean suyunun temperaturunun və duzluluğunun qeyri-bərabər dəyişməsinin nəticəsidir.